Folgen

  • Startapı 15 Milyon Dollar İnvestisiya Alan Yaqub Rəhimov | Techaz Podcast
    Dec 29 2025

    Bu buraxılışda qonağımız Yaqub Rəhimov, süni intellekt sahəsində təhlükəsizlik və qorunmanı təmin edən Polygraf AI startapının həmtəsisçisidir. Podkast zamanı Polygraf AI-nin hansı problemləri həll etdiyi, süni intellektdə qorunma və etibarlılığın niyə vacib olduğu, startap quruculuğunun real çətinlikləri, investisiya strategiyaları, investorlarla münasibətlər və texnologiya startaplarının böyümə yolu barədə ətraflı söhbət etdik. Bu buraxılış süni intellekt, startap ekosistemi və investisiya mövzularına marağı olan hər kəs üçün faydalı və ilhamvericidir. Videonu bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın.

    Mehr anzeigen Weniger anzeigen
    45 Min.
  • Bakıda Qurduğu Startapı ABŞ-yə Satan Taleh Kərimli | Techaz Podcast
    Dec 29 2025

    Taleh Kərimli uğurlu startap təsisçilərindən biridir. Onun həmtəsisçisi olduğu Nextsale startapı ABŞ bazarına uğurla satılıb. Bu təcrübədən sonra o, startap və innovasiya ekosistemi ilə daha geniş şəkildə çalışmağa başlayıb. Hazırda Taleh Kərimli İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) İnnovasiya ekosistemi departamentinin rəhbəri vəzifəsini icra edir. Bu podkastda Taleh Kərimli təsisçi olmaq, Azərbaycanda startap qurmağın reallıqları, süni intellektin rolu və startaplara göstərilən dəstək mexanizmləri haqqında fikirlərini bölüşür. Podkast 13 dekabr 2025-ci ildə çəkilib

    Mehr anzeigen Weniger anzeigen
    47 Min.
  • "Amazon"un Marketinq Rəhbəri Nərmin Fərzəliyeva | Techaz Podcast
    Dec 29 2025

    Nərmin Fərzəliyeva 10 ildən artıq davam edən zəngin və çoxşaxəli marketinq təcrübəsinə malik peşəkardır. O, həm lokal, həm də beynəlxalq bazarlarda müxtəlif kanallar üzrə strateji marketinq, məhsul idarəetməsi, rəqəmsal transformasiya və istehlakçı davranışlarının analizi kimi sahələrdə dərin ekspertizaya sahibdir. Karyerası boyunca Coca-Cola kimi qlobal şirkətlərdə mühüm liderlik rollarında çalışaraq e-commerce, omni-channel marketinq, brend idarəetməsi və iri həcmli beynəlxalq tədbirlərin marketinqi üzrə uğurlu layihələrə imza atıb. Bu təcrübə ona müxtəlif bazar dinamikalarını, istehlakçı motivasiyalarını və dəyişən tendensiyaları dərindən anlama imkanı yaradıb. Hazırda Nərmin xanım qlobal miqyasda ən innovativ şirkətlərdən biri olan Amazon-un Marketinq Rəhbəri (Head of Marketing) olaraq fəaliyyət göstərir. Onun rolu təkcə marketinq strategiyalarının qurulması ilə məhdudlaşmır – o, həmçinin məhsul yönümlü düşüncə, müştəri yönümlü innovasiya və data əsasında qərarvermə prinsiplərini birləşdirərək markanın davamlı inkişafına töhfə verir. Podkastda Nərmin xanım marketinqin gələcəyi, texnologiyanın brendlərə təsiri, süni intellektin rolu, data əsaslı marketinq yanaşmaları və Amazon kimi qlobal şirkətdə əldə etdiyi təcrübələrdən söz açır. O, həmçinin sürətlə dəyişən rəqəmsal mühitdə şirkətlərin necə çevik qalmalı olduqlarını və gələcək marketoloqlar üçün vacib bacarıqları da bölüşür. Podkast 27 Noyabr 2025-ci ildə çəkilib.

    Mehr anzeigen Weniger anzeigen
    42 Min.
  • Azərbaycandan Cənubi Amerikaya, “Dosty”nin Uğuru Ayaz Əhmədov | Techaz Podcast
    Nov 23 2025

    Ayaz Əhmədov 10 ildən artıq marketinq sahəsində peşəkar təcrübəyə malikdir. O, bununla yanaşı idman agentliyi və İT şirkətinə sahiblik edib. Daha sonra heyvanların sağlamlığı və baxımına innovativ həllər təqdim edən Dosty adlı startapı təsis edib. Dosty bu gün Azərbaycanın ən uğurlu startaplarından biri hesab olunur və bir çox ölkələrdə istifadəçilərə xidmət göstərir. Podkastda Ayaz Əhmədov startapların qurulması, ekosistemdə qarşılaşılan çətinliklər, investisiya cəlb etmə imkanları və PetTech sahəsində yeniliklər haqqında fikirlərini bölüşüb. Podkast 22 noyabr 2025-ci il tarixində çəkilib

    00:00 - Başlanğıc

    00:33 - Ayaz Əhmədov kimdir?

    02:17 - Dosty ideyası necə yarandı?

    06:48 - Azərbaycanda investisiya almaq üçün hansı imkanlar var?

    11:48 - Azərbaycan və digər ölkələrdəki ekosistemin fərqi nələrdir?

    14:26 - Azərbaycanda investisiya almaq üçün nə etmək lazımdır?

    20:11 - Bizim əsas problemimiz öz həyatımızı yaşamamağımızıdır.

    25:01 - "Dosty"nin uğur hekayəsi necə icra edilib?

    29:09 - Cənubi Amerika bazarına çıxmaq üçün marketinq strategiyanız necə olub?

    38:30 - Ekosistemin inkişafı üçün nələr etməliyik?

    44:06 - Ekosistemdə özəl sektorun dəstəyi lazımdır

    47:21 - İşləməliyik

    Mehr anzeigen Weniger anzeigen
    51 Min.
  • "Nvidia"nın Azərbaycanda Data Mərkəzi Qurula Bilər - Rəşad Əliyev (2-ci bölüm) | Techaz Podcast
    Nov 20 2025

    Nvidia regionda data mərkəzi qurur və bu infrastrukturun Azərbaycanda yerləşdirilməsi üçün də böyük perspektivlər mövcuddur. Tech.az Podkastın bu buraxılışında Rəşad Əliyevlə məhz bu mövzunu müzakirə etmişik. Rəşad bəy uzun illərdir məlumat mərkəzləri, server infrastrukturu və ümumilikdə İT sahəsində dərin təcrübəyə sahibdir. Hazırda o, “Nvidia”nın “Cloud Gaming” texnologiyasının Azərbaycanda inkişafı üzərində çalışır. Podkastda həm görülən işləri, həm də yaxın gələcəkdə ölkəmiz üçün açılan yeni imkanları geniş şəkildə dəyərləndirmişik.

    Podkast 20 noyabr 2025-ci il tarixində çəkilib.

    Mehr anzeigen Weniger anzeigen
    27 Min.
  • Azərbaycandan 30 Ölkəyə Xidmət İxrac Edən Rəşad Əliyev | Tech.az Podcast
    Nov 17 2025

    Bu bölümün qonağı 20 ildən artıq İT təcrübəsinə malik Rəşad Əliyevdir. O, kibertəhlükəsizlik, proqramlaşdırma və innovasiya sahələrində geniş bilik və bacarıqlara sahibdir, həmçinin akademik fəaliyyətini də davam etdirir. Rəşad Əliyev podkast zamanı Azərbaycandakı İT talantlarının vəziyyəti, sahədə qarşılaşılan əsas çətinliklər, regional və qlobal bazarlara çıxış, 30-dan çox ölkəyə göstərilən xidmətlərin detalları və yerli İT ekosisteminin inkişaf perspektivləri haqqında öz real təcrübəsinə əsaslanan fikirlərini bölüşür. Podkastın çəkiliş tarixi: 15 noyabr 2025.

    Mehr anzeigen Weniger anzeigen
    41 Min.
  • Almaniyada Startap Quran Nail Vəliyev - Youzu AI | Techaz Podkast
    Nov 11 2025

    Nail Vəliyev Azərbaycan startap ekosisteminin pionerlərindən biridir. O, ölkədə ilk dəfə StartupWeekend tədbirini təşkil etmiş və SUP VC akselerasiya şirkətini qurmuşdur. Daha sonra fəaliyyətini Almaniyada davam etdirərək Qt Group şirkətində məhsul komandası rəhbəri vəzifəsində çalışıb. Sonradan bu vəzifədən ayrılaraq Youzu.ai startapını qurub. Youzu.ai, ofis və evlərin dizaynı üçün süni intellekt əsaslı vizuallaşdırma həlləri təqdim edir. Podkastda Nail Vəliyev Azərbaycan startap ekosistemi, Almaniyada startap qurmaq, investisiyalar və süni intellekt mövzularından danışır. (Podkastın çəkiliş tarixi: 30 oktyabr 2025)

    Mehr anzeigen Weniger anzeigen
    40 Min.
  • Süni İntellekt, Startap, İnvestisiya | Şaiq Muradov
    Nov 11 2025

    Şaiq Muradov İT və innovasiya sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O, həm yerli, həm də beynəlxalq səviyyədə bir çox mühüm layihələrin rəhbərliyini etmiş, texnologiya və innovasiya sahəsində dərin bilik və təcrübə toplamışdır. Ekspert kimi zəngin təcrübəsini Tech.az Podkastında bölüşən Şaiq bəy innovasiya ekosistemi, investisiyalar və süni intellektin biznes və cəmiyyət üzərindəki təsiri mövzusunda ətraflı və dərin fikirlərini təqdim edib. Həmçinin, texnologiyanın gələcəyi, innovativ layihələrin inkişaf perspektivləri və startap ekosistemindəki imkanlar haqqında da geniş müzakirələr aparılıb.

    Mehr anzeigen Weniger anzeigen
    48 Min.